Nəfəsi təmizləmək üçün nanədən 3 dəfə güclü vasitə - SINAYIN

Baxış sayı:
6107

Bir çox insanlar ağız qoxusuna qarşı, nəfəsi təravətləndirən vasitə  kimi nanə və mentolu tanıyır. Saqqızların çoxu da mentolludur.

Lakin son elmi araşdırmalar göstərib ki, nanədən də qat-qat effektiv vasitə muskat qozu - kiçik hindistan cevizinin tozudur. Ədviyyat kimi üyüdülüb satılan, istifadə olunan bu ceviz 30 dəfə daha təsirli olub, ağız boşluğunu yandırmadan nəfəsi ən kəskin yeməkdən sonra belə sürətlə təravətləndirir.

Medicina.az bildirir ki, ədviyyatın tərkibində olan neoliqnan soyuducu, qoxuaparıcı xassəyə malikdir. Onun effekti mentoldan 3 dəfə artıq saat qalır. 

Tədqiqatda 30 könüllü iştirak edib. Onlar 30 saniyə ərzində bu ədviyyat qatılmış maye ilə ağızlarını yaxalayıblar. Məlum olub ki, mentol 5 dəqiqədən sonra təsir edir, muskat isə cəmi 1 dəqiqəyə. Təravət effekti isə 45 dəqiqə çəkir, bu da mentolla müqayisədə çoxdur.