“New York Times”-dan Türkiyədəki yerli seçki analizi

Baxış sayı:
11026

“Nyu York Times” qəzeti Türkiyədə keçirilən 31 mart yerli seçki ilə bağlı analizində “Nə Əkrəm İmamoğlu, nə də Mansur Yavaş, sol qanaddan olan CHP kimi solçu deyil, əksinə AK Partiyaya və MHP-yə daha yaxın baxışa malikdirlər” deyə qeyd edib.
 
Analizdə, İstanbul və Ankara seçkilərində qalib gələn CHP namizədlərinin profilləri araşdırılıb.
 
"CHP-li deyillər"
 
“New York Times” Əkrəm İmamoğlu və Mansur Yavaşın CHP-li olmadığını yazıb.
Qəzetin iki namizədin də CHP-yə deyil, AK Partiya və MHP-nin dünyagörüşünə yaxın olduğuna diqqət çəkib.
Yazıda “Millət İttifaqı”nın ortağı olan İYİ Partiyasının lideri Meral Akşenerin MHP keçmişi xatırladılıb. CHP-nin isə sosial demokrat ideyasına bürünərək səs qazanmaq istəyinin heç də yürütdüyü siyasətlə bağdaşmağı qeyd edilib.
Müxalifət.az