Netanyahuya Knessetdən tələb: “Türkiyə ilə diplomatik münasibətləri aşağı səviyyəyə sal”

Baxış sayı:
4796

Türkiyə prezidenti Ərdoğanın İsrail haqqında “Terror dövləti” dəyərləndirməsindən sonra İsrail parlamentində baş nazir Netanyahuya adekvat cavab üçün çağırış edilib
 
İsrail parlamenti Knessetdəki “Sionist Birlik” Partiyasından deputat Kseniya Svetlova, prezident Rəcəb Tayyib Ərdoğanın "İsrail bir terror dövlətidir" açıqlamalarının ardından İsrail baş naziri Binyamin Netanyahuya Türkiyə ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salma çağırışı edib.
“Sionist Birlik” Partiyasından verilən məlumata görə, Svetlova tərəfindən Cənab Baş Nazir və Xarici İşlər Nazirinə Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsinin aşağıya salınması və Türkiyə prezidentinin qəbul edilməz ifadələrinə cavab olaraq diplomatik tədbir alma ehtimalını dəyərləndirmə tövsiyəsi edilib.
Müxalifət.az