​Netanyahudan Trampa TƏŞƏKKÜR MESAJI: "ABŞ-ın İsraildən böyük dostu yoxdur"

Baxış sayı:
3604

İsrailin baş naziri Beyamin Netanyahu ABŞ-a təşəkkür edib.
Muxalfet.az xəbər verir ki, Qüdsdə ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə görüşən baş nazir İsrailin bölgədəki hərbi üstünlüyünün qorumasında ABŞ-ın qəti davranışını təqdir etdiyini bildirib.
Netanyahu İsrailin ABŞ-dan böyük bir müttəfiqi və dostu olmadığını, eyni şəkildə, ABŞ-ın da İsraildən daha böyük bir müttəfiqi olmadığını düşündüyünü deyib. Bu dostluq və səmimiyyətin prezident Donald Trampın vəzifədə olduğu müddətdə daha güclü hala gəldiyini qeyd edib.
Qeyd edək ki, görüşdə ABŞ-İsrail münasibətlərinin daha da gücləndirilməsi, İran, Suriya və Qəzza mövzusundakı siyasətləri və s. müzakirə edilib.
Netanyahu, əlavə olaraq, ABŞ-ın İran ilə nüvə razılaşmasından çəkilməsinə görə təşəkkür edib.