Netanyahudan ərəb ölkələrinə “İran” mesajı: Eyni səfdəyik

Baxış sayı:
5659

İsrailin baş naziri Binyamin Netanyahu ərəb-islam ölkələrinə İrana qarşı "eyni tərəfdə" olduqlarını vurğulayaraq "İranın təcavüzünü dəf etmək üçün bir yerdəyik" deyib
 
Qüdsdə ABŞ-ın Təl Əvivdəki səfirliyini Qüdsə köçürməsinin ilk ildönümünü qeyd etmək üçün mərasimə qatılan Netanyahu, ərəb ölkələri ilə əlaqələrində yeni bir inkişaf prosesinin yaşandığını qeyd edib.
İrana qarşı adını çəkmədiyi Ərəb ölkələriylə eyni səfdə olduqlarını vurğulayan Netanyahu, "Biz və Ərəb qonşularımızın bir çoxu ilə, Ərəb olmayan bir çox İslam ölkəsi İranın təcavüzkarlığını dəf etmə mövzusunda bir yerdəyik. Bölgənin və dünyanın bütün ölkələrində sülhün bərqərar olmasını istəyən bütün ölkələr ABŞ-ın İrana qarşı təcavüzünə qarşı olmalıdır.
Binyamin Netanyahu ölkəsinin digər ölkələrlə, xüsusilə ABŞ-la olan ittifaqlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq İsrailin gücünü bir daha gücləndirmək lazım olduğunu vurğulayıb.
Müxalifət.az