Netanyahudan Ərəb liderlərinə Qəzza təklifi

Baxış sayı:
18904

İsrailin baş naziri Netanyahu İsrail radiosuna verdiyi müsahibədə Qəzzanın sahibi kimi davranaraq bir çox ərəb liderinin Qəzza Zolağını nəzarət altına almasını tövsiyə etdiyini, lakin heç bir liderin bunu qəbul etmədiyini söyləyib.
 
Netanyahu bütün variantlar tükənmədən Qəzzaya yönəlik geniş miqyaslı hücumu düşünmədiklərini ifadə edərək, "İsrailin bütün valideynləri bilsin ki, bütün imkanlar tükənmədən uşaqlarını Qəzzaya göndərmərəm" deyib.
Netanyahu “Qəzzaya nəzərət etməsini bir çox ərəb liderinə tövsiyə etdim, amma razılaşan olmadı” deməklə sanki Qəzzanın sahibi kimi təqdim edib.
Fələstinlilər Netanyahunun bu açıqlamasına cavab verib.
Fələstin prezidentinin sözçüsü Nəbil Əbu Rudeyne etdiyi yazılı açıqlamada, Netanyahunun bu açıqlamasını ABŞ-ın Ərəb ölkələri və Fələstin üzərində sui-qəsdinin bir göstəricisi olaraq şərh edib.
Əbu Rudeynə Netanyahunun planının “Əsrin Müqaviləsi”nin bir hissəsi olduğuna işarə edərək “Bu Mahmud Abbasın daim xəbərdar etdiyi məsələdir. Ona görə Fələstin milli mübarizəsinin və ərəb millətinin maraqlarının qorunmasının təməli olan Qüdslə bağlı güzəştə getmədi” deyə bildirib.
Müxalifət.az