Netanyahudan dövlət başçılarına dəvət: İranın nüvə sənədlərini SÜBUT ETMƏK İSTƏYİR

Baxış sayı:
7684

İsrailin baş naziri Benyamin Netanyahu, Amerikanın kanalı CNN-ə açıqlamalar verib. Netanyahu, "İranın nüvə proqramı ilə bağlı sənədləri araşdırmaları üçün ABŞ, İngiltərə, Fransa və Putini dəvət etdim" deyib.
 
İsrailin baş naziri Benyamin Netanyahu "İranının nüvə silahı proqramı ilə bağlı gizli arxivindəki 100 min sənədin surətlərini ələ keçirdikləri" haqda iddiasından sonra bu gün də “CNN International”a danışıb.
 
RUSİYAYA DƏVƏT GÖNDƏRİB
 
İsrail mətbuatının son dəqiqə verdiyi xəbərə görə, İsrail lideri, yeni ələ keçirilən sənədləri araşdırmaq üçün ABŞ, İngiltərə, Fransa və Rusiya prezidenti Vladimir Putinə dəvət göndərib.
 
“ÇOX İNSANIN EŞİTMƏSİNİ İSTƏDİM”
 
İranın gizli nüvə proqramına dair dəlilləri bütün dünyaya çatdırmaq üçün dünən gecə kameralar qarşısına keçən Netanyahu, “Ələ keçirdiyimiz dramatik tapıntıları mümkün olan qədər çox insanın eşitməsinin mühüm olduğunu düşündüm”, - deyib.
Müxalifət.az