​Netanyahu İranla bağlı sammitə dəvət edildi

Baxış sayı:
2149

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın ərəb ölkələrinin xarici işlər nazirləri ilə birlikdə Polşada keçirəcəyi zirvəyə qatılacaq. Muxalifet.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada 13-14 fevralda keçirilməsi nəzərdə tutulan Yaxın Şərqdə stabilliyin təmini ilə bağlı beynəlxalq sammitə Netanyahu iki həftə əvvəl dəvət edilib. İsrailin “Kanal 10” televiziyası isə baş nazirin zirvədə iştirak edib-etməməsi barədə dəqiq məlumatın olmadığını bildirib.