​Netanyahu bu gün İranla bağlı şok açıqlama yayacaq

Baxış sayı:
7351

Bu gün İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı dramatik açıqlama verəcəyi bildirilib.

Muxalifet.az xəbər verir ki, bu barədə İsrail televiziyası "Kanal 10"un müxbiri Ronen Berqman məlumat verib.
Berqman qeyd edib ki, bu gün saat 21:00-da (Bakı vaxtı ilə) Təl-Əvivin Kirya hərbi bazasında Netanyahu çıxış edəcək və ötən gecə Suriyada iranlıların olduğu bazanın vurulmasından yox, İranla nüvə sazişi barədə danışacaq. Belə ki, Netanyahu nüvə sazişinin pozulması ilə bağlı kəşfiyyat məlumatını yayacaq.