Netanyahu bin Salmana dəstək üçün Trampla danışıb

Baxış sayı:
2203

Netanyahu, Səudiyyənin vəliəhd şahzadəsi binSalmanı onlarla müqavilə bağlamağa razı olacaq bir Ərəb lideri kimi görür. İsrailin baş naziri, İsrailin legitimliyini istəyən Ərəb liderə dəstək verib.
 
NETANYAHU: "ŞAHZADƏNİ QORUMALIYIQ”
 
"Vaşinqton Post” qəzetində yer alan xəbərdə, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülməsindən sonra tənqid oxlarını üzərinə toplayan varis şahzadəyə bəzi Orta Şərq və Körfəz ölkələrinin, eyni zamanda İsrailin də “sahib çıxdığı" qeyd olunub.
Buna görə, Qaşıqçı hadisəsindən sonra Ağ Evə zəng edən Netanyahunun, Trampla etdiyi telefon danışığında "Şahzadə Məhəmməd bin Salmanla olan əlaqəsini qoruması" istiqamətində tövsiyə etdiyi irəli sürülüb.
Müxalifət.az