Netanyahu: BARIŞ OLMAYACAQ

Baxış sayı:
829

İsrailin baş naziri Binyamin Netanyahu, Fələstinin prezidenti Mahmud Abbasın ortaya qoyduğu son mövqe dəyişmədikcə sülh olmayacağını deyib.
 
Baş nazirin ofisindən yayılan görüntülü açıqlamasında Netanyahu, Abbasın Fələstin Qurtuluş Təşkilatına (FKÖ) bağlı Fələstin Mərkəzi Şurasının iclasında söylədiyi, "iki dövlətli həll tələblərinə sadiqik, ancaq İsrail Qüds həmləsi ilə Oslo Sülh Müqaviləsini sona çatdırıb" şəklindəki sözlərə cavab verib.
Netanyahu, "Abbasın dediklərini eşitdim. Bu sözlər uzun illər insanların qəlbinə yerləşdirməyə çalışdığım sadə bir həqiqəti gün üzünə çıxardı. O da Fələstinlilərlə aramızdakı münaqişənin tarixi arxa planında Fələstinlilərin, sərhədləri nə olursa, olsun, Yəhudi xalqının dövlətini tanımağı rədd etməsidir" deyib.
Abbasın sözlərinin hər şeydən daha çox İsrailin siyasi maraqlarına xidmət etdiyini iddia edən Netanyahu, "Mahmud Abbas açıqladığı son mövqeyini dəyişmədikcə sülh olmayacaq. Dünya liderləri ilə görüşlərimdən sonra bu, daha aydın olacaq" deyə, bildirib.
Netanyahu, Abbasın ABŞ rəhbərliyindəki sülh prosesindən qorxduğunu və ABŞ-ı vasitəçilikdən uzaqlaşdırmaq üçün səy göstərdiyini irəli sürüb.
Qeyd edək ki, Fələstinin dövlət başçısı Mahmud Abbas əvvəlki gün Fələstin Mərkəzi Şurasının iclasında etdiyi çıxışında, İsrailin 1993-cü ildəki Oslo Sülh Razılaşmasını "dayandırdığını" bildirərək müqavilənin təkrar nəzərdən keçirilməsi lazım olduğunu söyləmiş, paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri çərçivəsində müstəqil bir Fələstin dövlətinin yaradılmasına və iki dövlətli həll tələblərinə sadiq olduqlarını ifadə etmişdi.
Müxalifət.az