Netanyahu ağlıni tam itirib? – Səhiyyə naziri özü olsa da nazirlə görüş tələb edib

Baxış sayı:
3775

İsrailin baş naziri Binyamin Netanyahu hökumətin bu gün keçirilmiş iclasında səhiyyə naziri ilə görüşün keçirilməsini tələb edib.

Virtualaz.org “Walla” portalına istinadən xəbər verir ki, vəziyyətin maraqlı tərəfi səhiyyə naziri funksiyalarını Netanyahunun özünün icra etməsindən ibarətdir.

Mənbəyə görə, səhiyyə sistemindəki problemlərlə bağlı məlumatlardan qəzəblənmiş Netanyahu yumruğunu masaya çırpıb və tələb edib ki, səhiyyə naziri ilə görüş təyin olunsun.

“Cənab baş nazir, bu, sizin özünüzsünüz”, – iclas iştirakçıları ona xatırladıb.

Qeyd olunur ki, səhiyyə sisteminə bilavasitə rəhbərliyi nazir müavini postunu tutan Yaakov Litsman həyata keçirir.

Belə görünür ki, Netanyahu regionda baş verən hadisələrə görə, ağlıni tam itirib.