​Neftin qiymətinə dair proqnoz 5 dollar artıb

Baxış sayı:
818

"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi 2018-ci ildə "Brent" markalı neftin qiymətinə dair proqnozunu 5 dollar/barel artıraraq 60 dollar/barelə çatdırıb.
Muxalifet.az xəbər verir ki, agentlik WTI markalı neftin qiyməti üçün də proqnozunu 5 dollar/bareldən artıraraq 55 dollar/barelə çatdırıb.
"S&P" bəyan edib ki, bu ilin birinci yarısında qlobal neft bazarında təklif, əsasən, tələbə uyğun olacaq. Bununla yanaşı, agentliyin analitikləri bildirib ki, neftin çatdırılmasında yarana biləcək mümkün problemlər qısamüddətli perspektivdə qiymətləri artıracaq. 
Qeyd edək ki, agentlik 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta qiyməti üçün proqnozunu dəyişməyərək 55 dollar/barel səviyyəsində saxlayıb.