​Neftin qiyməti kəskin azaldı

Baxış sayı:
2302

Brent markalı neftin qiyməti yanvar ayının 29-dan bu yana ilk dəfə bir barrel üçün 60 dollardan aşağı düşüb. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Brent markalı neftin qiyməti 3,37% azalaraq, 59,91 dollar təşkil edib.
İyul fyuçerslərinin nəticələrinə görə, WTI markalı neftin qiyməti də 4,96%  azalaraq, 50,83 dollara enib.