​“Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib” - Samir ƏLİYEV

Baxış sayı:
2014

“Neftin qiyməti bu həftə nisbətən ucuzlaşmalıdır”
 
““Baker Huges” deyir ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd (2%) artaraq 939-a çatıb. Halbuki əvvəlki 2 həftə azala-azala (6 ədəd) gedirdi. Beləliklə son bir ildə belə buruqların sayı 280 ədəd artıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev bildirib.

“Hazırda dünya üzrə slans nefti çıxaran buruqların sayı 2169-a çatıb”
 
S.Əliyev qeyd edib ki, Kanada da isə əksinə 39 ədəd (12%) azalaraq 276-a düşüb: “Buna rəğmən son bir ildə artım 102 ədəd olub. Dünyanın digər ölkələrində olan analoji buruqların sayı 12 ədəd (1%) artaraq 954-ə çatıb. İllik artım 25 ədəd (3%) olub. Hazırda dünya üzrə slans nefti çıxaran buruqların sayı 2169-a çatıb”.
Əliyev hesab edir ki, neftin qiyməti bu həftə nisbətən ucuzlaşmalıdır: “Görək, necə olacaq”
 
Cavid, Muxalifet.az