Neftçilər Xəstəxanasının baş direktoru ÖZ XAHİŞİ İLƏ işdən çıxarılıb?

Baxış sayı:
3427

Azərbaycan Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Hikmət Həsənov işdən çıxarılıb.

H.Həsənov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova faktı təsdiqləyib. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinin müvəqqəti icrası baş direktorun müavini Raud Əsədova həvalə edilib.

Qeyd edək ki, H. Həsənov bu ilin fevralında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunmuşdu. O, bundan əvvəl Bakı Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində çalışıb./fed.az/