"Neftçi" Rusiya klubuna qalib gəldi

Baxış sayı:
12385

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb.
Muxalifet.az xəbər verir ki, Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubu üz-üzə gəlib. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.