​Neftçalada hamamda intihar edən 4 qız atası ilə bağlı – TƏFƏRRÜAT

Baxış sayı:
5044

Neftçalada intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əhədov son zamanlar özünə qapanıbmış.
Mənbə mərhumun zəhmətkeş ailədə doğulduğunu deyib: “Dörd qızı var. Onlardan biri bakalavr, digəri magistraturada oxuyur. İksi də orta məktəb şagirdidir. Son günlər heç kimlə danışmırmış. Dünən gecə 9-dan sonra köhnə hamalarda meyitini tapıblar”.
Elşən Əhədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma Zavodunda işləyirmiş. 15 gündür işə getmirmiş.
Qeyd edək ki, ötən gün Neftçala rayonun Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evin vanna otağında özünü asıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğu araşdırma aparar.