Neftçala sakinindən külli miqdarda narkotik vasitə aşkarlandı

Neftçalara rayonunda yerli sakindən külli miqdarda narkotik aşkarlayıb.
Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtariş tədbirləri nəticəsində, rayonun Mikayıllı kənd sakini, 42 yaşlı Həsən İbrahim oglu Kərimov şübhəli şəxs qismində saxlanilıb. Onun üzərinə baxış zamanı 4 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Həyatyanı sahəyə baxış zamanı bankalara yığılmış, ümumiçəkisi 3 kiloqramdan çox narkaotik maddə olan marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.