Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

Muxalifet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,21% azalaraq 50,66 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,36% azalaraq 56,17 dollar olub.