NEFT BAHALAŞMAĞA DAVAM EDİR - Son qiymətlər...

Baxış sayı:
2542

Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,01% artaraq 67,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,01% artaraq 73,87 dollar təşkil edib.