​Nebenzya Heyliyə hədiyyə sözü verdi

Baxış sayı:
4354

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya istefa verən ABŞ-ın qurumdakı təmsilçisi Nikki Heyliyə vida hədiyyəsi hazırladığını bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA informasiya yazıb.
“O, çox xarizmatik insan idi, o bizim hamımız üçün fərqli biri idi”, - Nebenzya bildirib.
Rus diplomat hədiyyənin nədən ibarət olacağını açıqlamayıb.
Qeyd edək ki, ölkələr arasındakı soyuq münasibətlərə baxmayaraq hər iki dövlət rəsmisi arasındakı səmimi münasibət heç kimə sirr deyil.