​Nazirlər, qubernatorlar həbs edilir, amma çifayda - JİRİNOVSKİ

Baxış sayı:
7018

Rusiyanın bütün regionlarının borclarını bağışlamaq lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu debatlar zamanı Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, 100 il əvvəl Rusiyada yanlış administrativ-milli bölgü olub:
“Dünyanın heç bir yerində ölkə daxilində bölgələri milli göstəricilərə görə bölmək yoxdur. Bu, birinci səhvdir. İkinci səhv kiçik regionlardır. Bizim yalnız üç regionumuz donor rolunu oynaya bilir: Moskva, Peterburq və Xantı Mansiysk muxtar dairəsi. Yerdə qalan bütün regionlar dotasiya alır. Regionların borclarını bağışlamalıyıq. Regional hökumətlərdən dövlət banklarından minimal faizlər kredit götürmək tələb edilir, amma onlar kommersiya banklarının xidmətlərindən yararlanmağa davam edirlər. Niyə belə edirlər? Ona görə ki, buradan qubernator bankirlə birgə pulun bir hissəsini öz cibinə qoyur. Bu ki hər kəsə aydındır! Tədbirlər görülür, qubernatorlar, deputatlar, senatorlar, nazirlər tutulur, amma bu heç bir effekt vermir”.
Qeyd edək ki, son 4 il ərzində Rusiyanın subyektlərində vəziyyət gərginləşib. Subyektlər öz büdcə öhdəliklərini yerinə yetirə bilməyiblər. Bölgələrdəki büdcə kəsirləri rekord həddə çatıb./axar/