​Nazirliyin şöbə müdirinə yüksək vəzifə verildi - TƏYİNAT

Baxış sayı:
7265

"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə (AİŞ) yeni icraçı direktor təyin edilib.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, bu, Allahverdi Paşayevdir.
O, bundan əvvəl İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, AİŞ-ə rəhbərlik edən Rövşən Nəcəf Prezident İlham Əliyevin bu il mayın 11-də imzaladığı sərəncamla Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin olunub.