Nazirliyin binası qarşısında TERROR: 34 ölü, 140-a yaxın yaralı - FOTO (YENİLƏNDİ)

Baxış sayı:
10858

Kabildə baş vermiş partlayış nəticəsində 34 nəfər ölüb, 140-a yaxın insan xəsarət alıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi informasiya yayıb.

***
11:39

Əfqanıstanın paytaxtı Kabildə terror hücumu baş verib.
Silahlı hücumçular Müdafiə Nazirliyinin binası qarşısında bomba yüklü avtomobili partladıb. Nəlticədə, 50 nəfər yaralanıb.
Partlayışdan sonra silahlı qrup nazirlik binasına və ətrafa atəş açıb.
Polis və Əfqan Xüsusi Qüvvələrinin birlikləri bölgəni nəzarətə götürüb.
Hücumun Taliban təmsilçilərinin Qətərin paytaxtı Dohada amerikalı nümayəndələrlə sülh prosesinə dair müzakirələr apardığı zamanda baş verməsi diqqət çəkib./publika