​Nazirlikdən diplomların Türkiyədə tanınmaması ilə bağlı - AÇIQLAMA

Baxış sayı:
172

Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın dəqiq olmadığını deyib:
“Türkiyə tərəfindən hansısa universitetlərimizin diplomlarının tanınmaması ilə bağlı rəsmi müraciət daxil olmayıb. Rəsmi müraciət daxil olacaqsa, araşdırma aparacağıq. Hər bir Azərbaycan universitetinin, xüsusilə dövlət universitetlərində verilən təhsilin keyfiyyətinə inanırıq. Hər hansı anlaşılmazlıq ortaya çıxacaqsa, bunun da aradan qaldırılması üçün Təhsil Nazirliyi əlindən gələni edəcək”.
Qeyd edək ki, Türkiyədə magistratura təhsilini davam etdirmək üçün Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Texnologiya Universitetlərinin diplomlarının tanınmaması işə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.