Nazirlik 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı AÇIQLAMA YAYDI: 1 nəfərin vəziyyəti ağırdır

Baxış sayı:
9907

Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

"Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.