​Nazirin söylədikləri cəfəngiyyatdır - Mətbuat katibi

Baxış sayı:
6418

Suriya hökumətinin Şərqi Qutada kimyəvi silahlardan istifadə etməsi ilə bağlı İngiltərə Xarici İşlər naziri Boris Consunun irəli sürdüyü iddialar doğru deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi İqor Konaşenkov deyib.
O bildirib ki, BMT nümayəndələri həmin əraziyə baxış keçirib və bununla bağlı heç bir sübut tapmayıb:
“London və Vaşinqtonun vaxtaşırı Dəməşqin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı səsləndirdiyi fikirlər artıq cəfəngiyyata çevrilib”.
Qeyd edək ki, İngiltərə XİN rəhbəri Boris Conson bildirmişdi ki, Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, rejimə qarşı hava əməliyyatına dəstək veriləcək.