​Nazirin avtomobil korteji atəşə tutuldu

Baxış sayı:
4417

Livanın qaçqınlarla iş üzrə naziri Saleh Qəribin avtomobil korteji naməlum şəxslər tərəfindən atəşə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Olayla bağlı əlavə məlumat verilmir.