​Nazirdən çağırış: Rus kişilər həmişəlik olaraq...

Baxış sayı:
11200

16-60 yaş arası rusiyalı kişilərin ölkəyə gişinin qadağan edilməsi daimi olmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, bu yöndə qəbul ediləcək qərar doğru yöndə atılmış addım olacaq:
“Bəs nə üçün rusiyalıları izləyirik və biometrik sistemin tətbiqini gətirdik? Nə üçün analiz edirik? Bizdə hər kəs belə deyir: Hərbi vəziyyət elan olduğu zaman ölkəyə gişir-çıxış məhdud olur. Hərbi vəziyyət olmazsa, məhdudiyyət də olmaz”.
Qeyd edək ki, Kerç boğazından yaşanan gərginlikdən sonra rəsmi Kiyev 16-60 yaş arası rusiyalı kişilərin Ukraynaya girişini qadağan etmişdi.
Lakin bir müddət sonra həmin qərar ləğv edildi.