​Nazir "Planet Parni iz Baku"ya qoyulan qadağadan danışdı: "Müdaxilə edə bilmərəm"

Baxış sayı:
7108

""Planet Parni iz Baku"nin fəaliyyəti daim nazirliyin diqqətindədir. Bütün konsertlərin təşkili üçün Heydər Əliyev Sarayında şərait yaradılır". 
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, özəl şirkətlər tərəfindən KVN-ə qadağalar qoyulmuşdu: 
"Özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edib hansısa tapşırıq verə bilmərəm. Mən onlara tövsiyə, məsləhət verə bilərəm. Ötən günlərdə onların yeni filminin təqdimatı oldu".