​Nazir Mədət Quliyevin qardaşı oğluna VƏZİFƏ VERDİ

Baxış sayı:
6064

Daxili işlər orqanlarında yeni təyinat olub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.
Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.