NAZİR KONFEDERASİYA PREZİDENTİNİN OĞLUNA VƏZİFƏ VERDİ

Baxış sayı:
13138

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Sözügedən xəbəri Dövlət Məşğulluq Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.