​Nazir açıqladı: Neft hasilatını azaldırıq

Baxış sayı:
7417

Rusiya gələn ildən neft hasilatını mərhələli şəkildə azaldacaq.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
“Proqnozlarımıza uyğun olaraq, bu ilin oktyabr ayındakı sutkalıq hasilat göstəricisi ilə müqayisədə istehsalı 50 və ya 60 min barrel arasında azaltmaq yolunda irəliləyirik. Gələn aydan neft istehsalının azaldılması əsasən iqlim və texniki imkanlardan asılı olacaq. Şirkətlərin də təkliflərini alacağıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlərinin V toplantısında neft istehsalının gündəlik 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə edilib. Rusiya bu razılığa əsasən, sutkalıq neft hasilatını 228 min barrel azaltmağı nəzərdə tutur.