Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verildi

Baxış sayı:
4263

Qazaxıstan prezidenti öz sərəncamı ilə parlamentin yuxarı palatasının (Senat) spikeri, sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.
Qasım-Jomart Tokayev senatın sədri vəzifəsində "aktiv və məhsuldar" fəaliyyətinə görə Dariqa Nazarbayevaya minnətdarlığını bildirib.
Şənbə günü elan olunan qərarın səbəbləri açıqlanmır.
"Dövlət başçısının sərəncamı ilə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Nazarbayeva Dariga Nursultanovnanın səlahiyyətlərinə xitam verildi", - Qazaxıstan prezidentinin rəsmi saytında deyilir.
2016-cı ildə millət vəkili seçilən Dariqa Nazarbayeva 2019-cü ildə Senatın sədri olub.
sonra ikinci ən mühüm vəzifədir.
Dariqa Nazarbayeva, sabiq prezidentin böyük qızıdır. 29 ildir ki, ölkəni idarə edən Nursultan Nazarbayev ötən il istefaya çıxandan sonra Təhlükəsizlik Şurasının başçısı olub.
Prezidentin vəzifədən getməsi ilə onun qızının ölkədəki ikinci ən vacib vəzifəyə seçilməsinin üst-üstə düşməsi, Nazarbayevin ən nüfuzlu fiqur qalmasına işarə kimi qiymətləndirilirdi.
Qasım-Jomart Tokaev - Nazarbayevin kadrı sayılır. Ötən il keçirilən prezident seçkilərində Nursultan Nazarbayev Tokaevin namizədliyini dəstəkləməyə çağırırdı.