​Naxçıvandan “savaş başladan” ermənidən yeni addım - Video

Baxış sayı:
958

Erməni politoloq Levon Şirinyan yeni partiya yaradır.
Bu barədə məlumatı Şirinyan öz Feysbuk səhifəsində paylaşıb. O, yeni partiyası ilə birgə Ermənistandakı növbədənkənar parlament seçkisində iştirak edəcəyini bildirib. Şirinyan yeni partiyasının Xristian Demokratik Partiyası adlanacağını deyib.
Qeyd edək ki, Şirinyan kəskin antirusiya mövqeyi ilə seçilir. Ermənistanda baş verən inqilab zamanı Nikol Paşinyanın mövqelərini müdafiə edən əsas şəxslərdən biri olub.
Şirinyanın Azərbaycana qarşı da mövqeyi kəskindir. O, Bakının Naxçıvan istiqamətindən Ermənistana hücum edəcəyinə dair sərsəm çıxışları ilə tanınıb. (axar.az)