Naxçıvandan Ermənistana keçən iki nəfər tutuldu

Azərbaycan-Ermənistan dövlət sərhədini Naxçıvan istiqamətindən keçmiş iki Əfqanıstan vətəndaşı Ermənistanda həbs olunub.
 
Basir Niyazi və Pərviz Kuçan adlı iki əfqan sərhədi qanunsuz keçmək ittihamı ilə məhkəməyə çıxarılıb. İttiham aktına əsasən bu il iyulun 24-də səhər tezdən həmin Əfqanıstan vətəndaşları Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin Naxçıvanla sərhəddəki döyüş postunun yaxınlığındakı sahədən “müvafiq sənədlər olmadan” keçərək ölkə ərazisinə daxil olublar. Ermənistan polisi onları sərhədyanı Yerasx kəndinin ərazisində aşkar edib. Əfqanıstan vətəndaşlarına sərhədi qanunsuz keçmək maddəsi ilə ittiham irəli sürülüb.