Naxçıvan toylarında yemək qadağası qoyulmayıb — ŞADLIQ EVLƏRİ

Baxış sayı:
4159

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri zamanı bütün restoranlarda guya yeməyə qoyulan qadağa geniş müzakirə olunur.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın müxbiri Naxçıvanın ən populyar restoranları ilə əlaqə saxlayıb.
“Qədim dünya”, “Panorama” (“Təbriz” otelinin 13-cü mərtəbəsi), “Duzdağ”, “Nəqşicahan”, “Reyhan” və “İpək yolu” restoranlarının inzibati xidmətindən bildiriblər ki, yuxarıda qeyd edilən məlumat həqiqəti əks etdirmir.
“Biz də bu barədə məlumatı internetdə oxumuşuq Amma hələ ki, Allaha şükür, rəsmi bir şey yoxdur”, - “Batabat” şadlıq evinin inzibatçısı deyib.