NATO Rusiyaya qarşı PLAN HAZIRLAYACAQ - Baş katib açıqladı

Baxış sayı:
4183

NATO ölkələrinin müdafiə nazirləri bu gün Rusiyanın davranışlarına ittifaqın cavabını müzakirə edəcəklər. “Röyters” agentliyi xəbər verir ki, bu haqda Nazirlər Şurasının plenar iclasının açılışında NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Biz bu gün Rusiyanın daha inadlı davranışlarını və cənub sərhədlərimizdə qeyri-sabitlik də daxil olmaqla, ittifaqın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyik. Biz ittifaqın uyğunlaşdırılmış komanda strukturunun reallaşdırılmasına baxacağıq. Bu, istənilən istiqamətdən təhdidlərə reaksiya göstərmək üçün əsas yaradır”, - Stoltenberq deyib. Müdafiə nazirlərinin iclasının qalan hissəsi bağlı qapılar arxasında keçəcək. Qeyd edək ki, daha əvvəl Stoltenberq Qara dənizdə Rusiyanın hərbi baxımdan gücləndirilməsindən və Azov dənizindəki vəziyyətdən narahatlığını ifadə edib.