«NATO Rusiyanın hibrid təhdidlərinə cavab hazırlayır» - Stoltenberq

Baxış sayı:
11557

NATO-nun Baş katibi Yens Stoltenberq üzv ölkələrin müdafiə nazirlərinin gösrüşünün nəticələrinə əsasən bəyan edib ki, alyans hibrid hücumlardan müdafiə olunmaq üçün xüsusi qrupların yaradılması prosesini başa çatdııır.
Bəyanat, Nideplandın Rusiyaya qarşı guya, bu ölkənin «Kimyəvi silahların qadağan olunması üzrə təşkilat»a (KSQT) qarşı kiberhücum təşkil etməsi barədə yayılan informasiyaların fonunda səsləndirilib.
«Biz, hibrid təhdidlərdən qorunmaq üçün xüsusi qrupların yaradılması prosesində əhəmiyyətli proqres əldə etmişik. Bu qruplar hibrid hücumları dəf etmək məsələsində bizim üzv ölkələrimizə texniki köməklik göstərəcəklər» – Stoltenberq bildirib.
Bundan başqa, onun sözlərinə görə, NATO artan təhdidlər qarşısında müdafiə sahəsinə investisiyaların təcili artırılmamına ehtiyac duyur.
«Mən gözləyirəm ki, ildən-ilə biz, müdafiə xərclərini artıracaq və ÜDM-n 2,0 faizinə çatdıracağıq» – beyə, Baş katib bəyan edib.
Stoltenberq onu da qeyd edib ki, NATO-nun bütün üzv ölkələri ilin axırına qədər müdafiə xərclərinin artırılması, o cümlədən, yeni hərbi imkanların əldə olunması üzrə milli planı təqdim edəcəklər.
Rusiyanın kiberhücumları barədə Niderlandın keçirdiyi brifinqi şərh edən Stoltenberq vəd edib ki, hibrid təhdidlərə qarşı mübarizə işində NATO öz müdafiəsini gücləndiriməkdə davam edəcək.