NATO-nun Türkiyəni "mühasirə strategiyası": Ankara bu mühasirəni qıracaq

Baxış sayı:
2782

NATO üzvü ABŞ, Fransa, Yunanıstan və İtalyanın rəhbərlik etdiyi ölkələrin Şərqi Aralıq dənizindəki ortaq hədəfi Türkiyəni mühasirəyə almaqdır.
 
 ABŞ, Fransa, Yunanıstan və İtalyanın başlatdığı mühasirə hərəkatına İsrail və BƏƏ də dəstək verir. Söz mövzusu ölkələr Türkiyəni mühasirəyə almaq üçün hərbi, iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirir.
Türkiyə bu mühasirə cəhdinə Kipr adası ətrafında hərbi, siyasi və iqtisadi varlığını artıraraq cavab verir. Fateh və Yavuz qazma gəmiləri aktiv fəaliyyətə başlarkən, Türk donanması, döyüş təyyarələri və İHA-ları da Ankaranın bölgədəki mənfəətlərini qoruma mövzusundakı qətiyyəti və caydırıcılıq mesajını verir.
Türkiyə, özünü hədəf alan mühasirəyə alma strategiyasına qarşı hərbi və siyasi mənada hər vasitəsini hərəkətə keçirir. Avstriya Avropa və Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Micha'el Tanchum yazdığı bir məqalə ilə Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətlərinin bölgədəki təbii qaz qaynaqlarına nəzarəti təmin etmin məqsədi güdən ABŞ və bir neçə NATO üzvü müttəfiqinin onu mühasirəyə alma siyasətini qırma səyi olaraq dəyərləndirib.
 
SÖZDƏ MÜTTƏFİQLƏRDƏN İBARƏT OLAN CƏBHƏ
 
Tanchum Türkiyəyə yönəlik ortaq cəbhənin başda Yunanıstan olmaqla, ABŞ, Fransa və İtaliya kimi, Şərqi Aralıq dənizinin qazına göz dikən ölkələrdən və iç-içə keçmiş ortaq təhlükəsizlik əməkdaşlıqlardan meydana gəldiyinə diqqət çəkir. Türkiyənin NATO müttəfiqləri tərəfindən yaradılan çevrələmə siyasətinin Yunan Kiprinə veriləcək hərbi dəstəklə sərtləşdirilə biləcəyini ifadə edən Tanchum, belə bir vəziyyətdə bölgənin Türkiyənin NATO ilə əlaqələrinə təsir edə biləcək, təhlükəli bir gərginliklə üz-üzə qalacağını qeyd edir.
Ankara söz mövzusu mühasirə və çevrələmə siyasətinə qarşı 3 mayda bəyan etdiyi NAVTEX ilə özünə aid qazma gəmilərinin Kipr açıqlarında fəaliyyətdə olacağını məsələnin bütün tərəflərinə elan etdi. Bu çərçivədə əvvəlcə Fateh və son olaraq da Yavuz qazma gəmiləri Kipr ətrafında aktiv istifadə edilmək məqsədiylə göndərildi. Hər iki qazma gəmisinə də Türk donanmasına aid fırkateynler və sualtı gəmilər müşayiət etməyə başladı.
 
CAYDIRICI GÜC
 
Kipr adasının qərbində fəaliyyət göstərən Fateh qazma gəmisinə iki fırkateyn və 3 hücum botunun müşayiət etdiyi, Yavuza isə hal-hazırda bir fırkateynin yoldaşlıq etdiyi bilinir. Türk F-16-ları da zaman zaman qazma gəmilərinin ətrafında görünürlər. Türk donanmasının Kipr adası ətrafındakı varlığı mühasirə planına qarşı caydırıcılıq gücünün aktiv istifadə edildiyinin də bir göstəricisidir.
 
MÜQAVİMƏTİN DOZASINI ARTACAQ
 
Türkiyənin NATO üzvü ABŞ, Fransa, İtaliya və Yunanıstandan özünün bölgədəki mənfəətlərini də güdən normal müttəfiqlik əlaqəsinə qayıtmasını gözlədiyi ifadə edilən məqalədə, Şərqi Aralıq dənizində şərtlərin dəyişmədiyi təqdirdə Ankaranın mühasirə cəhdinə qarşı müqavimət dozasını artıra biləcəyi xəbərdarlığı da edilib.
 
TÜRK İHA-ları KİPRİN ŞİMALINDA
 
NATO-nun Kipr mərkəzli Türkiyəni hədəf alan mühasirə strategiyasına Ankaranın son cavabı İHA-lar üzərindən verildi. Dünən sosial mediadan paylaşılan görüntelərdə Türk müşahidə İHA-larının Kipr adasının şimalında fəaliyyətdə olduğu bazalarına geri döndüyü iddia edilib. İHA-ların əmliyyat üçün adanın qərbində də istifadə edilə biləcəyi qiymətləndirilib.
Müxalifət.az