​NATO-nun rəsmi himni təsdiqləndi

Baxış sayı:
3959

Şimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib.
Muxalifət.az xəbər verir ki, bununla bağlı NATO-nun saytında məlumat verilir.
Qeyd edilir ki, təşkilatın əvvəllər də öz himni olub. Lakin o, rəsmən təsdiqlənməyib. Xüsusən 1989-cu ildə NATO ilə bağlı tədbirlərdə kapitan, Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.
Saytda bildirilir ki, yeni himnin sözləri yoxdur və o, 20 musiqi aləti – üç saksafon, təbil, fleyta, qoboy, iki klarnet və s. üçün bəstələnib.