​NATO-nun Qara dənizdə ən böyük "savaş oyunu" başlayır

Baxış sayı:
7813

Rumıniya hərbi-dəniz qüvvələri aprelin 5-dən 13-nə kimi ölkənin ərazi sularında və Qara dənizin beynəlxalq sularında keçiriləcək ən böyük “Sea Shield-19” beynəlxalq təlimlərinə start verəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə 14 rumın və 6 Bolqarıstan, Kanada, Yunanıstan, Hollandiya və Türkiyə hərbi gəmisi iştirak edəcək. Bundan əlavə Rumıniya Hava qüvvələri tərəfindən Miq-21, F-16 təyyarələri, ABŞ və Türkiyədən iki dəniz patrul təyyarəsi iştirak edəcək. Ümumiyyətlə təlimlərə 2 min 200 hərbiçi cəlb olunacaq. Onlar sualtı, səth və hava təhlükələrinə qarşı kompleks tədbirlər görəcəklər.