NATO-nun mobil qrupu Hərbi Hava Qüvvələrimizdə təlim kursu keçir

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.
 
Müdafiə Nazirliyinin saytı bildirir ki, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.