NATO konvoyuna hücum

Baxış sayı:
9220

Əfqanıstanın paytaxtı Kabulda NATO qüvvələrinə aid hərbi konvoya bomba yüklü avtomobillə terror hücumu təşkil edilib. Hücumda 4 adam ölüb. Digər yandan, Taliban döyüşçülərinin Əfqanıstanın qərbindəki Badgis vilayətinin Bala Murgab mahalındakı hərbi polis bölməsinə hücum etməsi nəticəsində 3 əsgərin həyatını itirdiyi bildirilib. Əfqanınstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rəhmi etdiyi açıqlamada, Kabulun Yeka Tut bölgəsində müşahidə aparan NATO hərbi konvoyuna bomba yüklü avtomobil hücumu təşkil edildiyini ifadə edib. Hücumda ilk məlumata görə, 4 insanın həyatını itirdiyini ifadə edən Rəhmi, 3 adamın da yaralandığını söyləyib. Rəhmi hücumda NATO əsgərlərindən ölən, ya da yaralanan olub olmadığının hələ bilinmədiyini qeyd edib. Hücumu üzərinə götürən Taliban isə hücumda 10 NATO əsgərinin öldüyünü iddia edib. Müxalifət.az