NATO-dan Türkiyəyə dəstək: Haqqı var

Baxış sayı:
1064

Hər ölkənin özünü müdafiə etməyə haqqı vardır.
 
Bu sözlər NATO-nun Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlamasında yer alıb.
NATO-dan verilən açıqlamada Türkiyənin əməliyyat barədə təşkilata üzv ölkələri qabaqcadan məlumatlandırdığı bildirilib. Türkiyənin qarışıq bir bölgədə yerləşdiyini və terrordan açıq şəkildə zərər çəkdiyi vurğulanıb.
NATO-nun açıqlamasında həmçinin türk rəsmilərin Baş katib Yens Stoltenberqlə mütəmadi olaraq əlaqədə olduğu qeyd olunub.