NATO-dan Türkiyəni təhdid edəcək XƏBƏRDARLIQ

Baxış sayı:
4383

Keçmiş NATO baş katibi Rasmussen, Türkiyənin NATO-dan başqa alternativinin olmadığı və ABŞ ilə münasibətlərin pozulmasından narahat olmalı olduğunu bəyan  edən təhdidedici bir açıqlama verib.
 
Rasmussen Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemi almasının isə gərginliyi artıran bir məsələ olduğunu bildirib.
Anders Foq Rasmussen ABŞ-ın mühüm çəkiyə malik olduğu NATO-nun Türkiyəyə alternativsiz təhlükəsizlik zəmanəti təmin etdiyini deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmişdə özünün NATO baş katibi olmasına əngəl olmağa çalışdığını irəli sürən Rasmussen, "Buna baxmayaraq, cənab Ərdoğan ilə yaxşı bir dialoq zəmini yarada, yaxşı anlaşa bildik. Ancaq onu da demək məcburiyyətindəyəm ki, cənab Ərdoğanın Qərb müttəfiqlərinə qarşı sərt ritorikası həqiqətən də münasibətlərə zərər vurur" deyə, bildirib.
Rasmussen NATO-nun Türkiyəyə bir düşmən olaraq təqdim olunmasının da böyük səhv olduğunu deyib.
Türkiyə ilə Qərb müttəfiqləri arasında dırmanan gərginlik və Türkiyənin NATO-dan çıxması yönündəki mübahisələrə toxunan Rasmussen, "Türkiyə üçün NATO-dan başqa alternativ yoxdur. Başqa heç kim NATO qədər fəal şəkildə Türkiyənin təhlükəsizliyi üçün təminat yarada bilməz" deyə, söyləyib.
Sonda Rasmussen NATO-nun parçalanma ehtimalından da danışıb: “Körfəz ölkələrində böyük bir narahatlıq duyulduğunu ifadə etmək məcburiyyətindəyəm. Bu prosesin qeyri-sabitliyə yol açma potensialı olduğu kimi, NATO daxilində də bölünməyə yol açma ehtimalı var. Bunun qarşısını almaq məcburiyyətindəyik".

Müxalifət.az