NATO-dan Rusiyaya təhdid kimi xəbərdarlıq

Baxış sayı:
6073

NATO-nun baş katibi Jens Stoltenberq Rusiyanın, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) dayandırılmasına dair fərmanı imzalamasından sonra Moskva rəhbərliyinə müqavilə öhdəliklərini yerinə yetirmək çağırışını təkrarlayıb.
 
Stoltenberq açıqlamasında, INF Müqaviləsinin 1987-dən bu yana Avro-Atlantik təhlükəsizliyinin təməl daşlarından biri olduğuna diqqət çəkib.
Stoltenberq Rusiyanın SSC8 adlı raket sisteminin INF Müqaviləsini açıq şəkildə pozduğuna diqqəti çəkərək, "NATO müttəfiqləri Rusiyaya müqavilə öhdəliklərini yerinə yetirməyə dəvət edir" deyə söyləyib.
NATO müttəfiqlərinin Rusiyaya güclü bir mesaj vermə məsələsində birlik nümayiş etdirdiyini ifadə edən Stoltenberq, əsas məqsədin müqaviləni xilas etməkdən ibarət olduğunu bildirib.
 
İNF-siz bir dünyaya hazırlaşırıq
 
 Stoltenberg Rusiyanın pozuntularının ilk mərhələdə keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən gündəmə gətirildiyini xatırladaraq bütün müttəfiqlərin ABŞ-ın INF Müqaviləsindən çəkilmə qərarını dəstəklədiyini qeyd edib.
NATO müttəfiqlərinin eyni zamanda "İNF Müqaviləsinin olmadığı bir dünya" üçün də hazırlıq görməyə başladığına diqqəti çəkən Stoltenberq, NATO-nun Avropa ərazisinə qurudan atılan nüvə silahlarını yerləşdirmək niyyətində olmadığını da qeyd edib.
Stoltenberq, "NATO-nun əsas məqsədi münaqişəyə mane olmaqdır və bunu 70 ildir uğurlu bir şəkildə görür" deyib.
Qeyd edək ki, Kremldən edilən açıqlamada, Rusiya prezidenti Vladimir Putinin SSRİ ilə ABŞ arasında imzalanan İNF Müqaviləsinin dayandırılmasına dair fərmanı imzaladığı bəyan olunmuşdu.
Müxalifət.az