NATO-dan kritik Rusiya açıqlaması!

Baxış sayı:
2233

Vaşinqtonda düşüncə mərkəzi “Heritage” Fondunda iştirakçılara müraciət edən Stoltenberq, "NATO ölkələrinin Rusiya ilə münaqişəni qızışdırmağı planlaşdırıb, planlaşdırmadığı sualına cavab verəcək olsam, xeyr, bunu etməyəcəyik. İttifaq, müdafiə xarakterli tədbirlər və şərq qanadındakı hərbi mövcudluğun artırılması, Rusiyanın Ukrayna və Krımın ilhaqı ilə bağlı hərəkətlərinə, Ukraynanın şərqindəki stabilliyi pozmasına verilən mütənasib bir cavabdır" deyib.
 
YENİ SOYUQ MÜHARİBƏDƏ HAMI İTİRƏR
 
“NATO, Rusiya ilə cəbhələşmə axtarışında deyil və Rusiyaya yanaşmamızda güclü olunması və eyni zamanda dialoq axtarışı və gərginliyin azaldılması məsələlərində (İttifaq içində) heç bir münaqişə yoxdur" deyə davam edən Stoltenberq, yeni Soyuq Müharibə və silahlanma yarışı istiqamətində hərəkət edildiyi təqdirdə hər kəsin itirən tərəfdə yer alacağını vurğulayıb.
Müxalifət.az