​NATO alman "Tornado"sunu yararsız hesab etdi

Baxış sayı:
3511

Almaniya Hərbi-Hava Qüvvələrinə məxsus "Tornado" təyyarələri NATO üzvlərinə qatılmaq üçün əlverişsizdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Almaniyanın "Şpiqel" jurnalı yazıb. Məlumata görə, Almaniya Müdafiə Nazirliyinin hazırladığı gizli hesabatda ölkəyə məxsus 93 "Tornado" təyyarəsinin modernləşdirilməli olduğu bildirilib. Həmçinin o da qeyd edilib ki, NATO-nun tələb etdiyi dost-düşmən tanıma sistemi də həmin təyyarələrdə çalışmır və 2019-cu ilə qədər də bunun bərpası mümkün deyil.
Nazirliyin hesabatında yanvar ayından bəri təyyarələrdə problemlərin olmasına baxmayaraq, 10 "Tornado" təyyarəsinin NATO-nun operativ qüvvəllərinin bir hissəsində yer aldığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl də Almaniya ordusuna məxsus "Leopard-2" tanklarının yarıdan çoxunun yararsız olduğu bildirilmişdi. Məlumata görə, 244 "Leopard"dan cəmi 95-i yararlıdır.